Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 10 milyon 912 328 manat оlan qaçaqmal aşkarlanıb, götürülüb.
"Report" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, qaçaqmal arasında dərman preparatları, kosmetik vasitələr və tütün məmulatları olub.
Məlumatda qeyd olunub ki, ay ərzində iki halda narkotiklərin pilotsuz uçuş aparatı vasitəsilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb:
"Narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 298 kiloqram 299 qram narkоtik vasitə və 2990 ədəd narkotik tərkibli həb aşkarlanaraq dövriyyədən çıxarılıb".