Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseyovun sədrliyi ilə Bakıda qeyri-rəsmi münasibətdə olduğu qadını daşla öldürməkdə təqsirləndirilən İgid Rəcəbzadənin cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.
Lent.az xəbər verir ki, məhkəmə İgid Rəcəbzadənin 17 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm oxuyub.
Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən İgid Rəcəbzadənin 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Xatırladaq ki, 2024-cü ilin dekabrın 17-də Sabunçu rayonu ərazisində 33 yaşlı Elnarə İbrahimovanın ölməsi barədə Rayon Prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla qadının qeyri-rəsmi nikah münasibətində yaşadığı 29 yaşlı İgid Rəcəbzadə tərəfindən aralarında yaranmış mübahisə zamanı baş nahiyəsinə daş parçası ilə xəsarət yetirilərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanılıb. İgid Rəcəbzadəyə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Hadisələr