IMG-LOGO

ABŞ-ın Baş Konsulluğu fəaliyyətini dayandırdı

03 Mar 2026 04:35 5 baxış
IMG
1 0

ABŞ-ın Pakistanın Peşəvər şəhərindəki Baş Konsulluğu ölkəni bürüyən etirazlar fonunda fəaliyyətini dayandırıb.

Lent.az xəbər verir ki, bu barədə ABŞ-ın İslamabaddakı səfirliyi məlumat yayıb.

Səfirliyin internet saytında yerləşdirilən açıqlamaya görə, ABŞ-ın Karaçi və Lahordakı Baş Konsulluqları da 3 mart tarixinə planlaşdırılan bütün viza və digər iş görüşlərini ləğv edib.

Məlumata görə, ABŞ-ın İslamabaddakı səfirliyinin konsulluq şöbəsi çərşənbə axşamı yenidən fəaliyyətini bərpa edəcək.

ABŞ Konsulluq

Xəbər lenti