Mingəçevirdə mənzildə tapılan meytin kimliyi məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, meyit 1964-cü il təvəllüdlü Hacıyev Zakir Zülfü oğluna məxsusdur.
Qeyd edək ki, onun meyiti qismən çürümüş halda aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
20:45Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
"Report" xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
Bizim Telegram kanalımıza abunə olun