İntihar edən iş adamı və Çeçenistandan olan keçmiş senator Umar Cəbrayılov son vaxtlar tənha həyat tərzi sürüb və sosial tədbirlərdən qaçıb.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, o, bu yaxınlarda Tverskaya-Yamskaya küçəsindəki Vesper Tverskaya apartamentində yaşayıb. Onun qonaqları nadir hallarda olub. Qızları Avropada yaşayır. Qeyd olunur ki, iş adamı intihar edərkən onun yanında heç kim olmayıb.
Digər məlumata görə, doqquz il əvvəl Cəbrayılov Oxotnıy Ryad küçəsindəki "Four Seasons" otelinin foyesində atəş açdıqdan sonra xuliqanlıqda ittiham olunub. Məhkəmə onu yarım milyon rubl cərimələyib. Cəbrayılov həmçinin Beyons, P. Diddi və Cey Zi kimi beynəlxalq ulduzların təşkil etdiyi məclislərdə fəxri qonaq olub.
Daha əvvəl Cəbrayılovla Epşteynin köməkçisi Qisleyn Maksvell arasında yazışmalar aşkar edilib. 2001-ci ildə iş adamı ona Londondan qayıtdığını bildirib və Rusiyaya gəliş tarixlərini təsdiqləməyi xahiş edib. Maksvel Cəbrayılova gələn həftə ölkəyə uçacağına söz verib. Yazışmalardan əlavə, Epşteynin sənədlərində keçmiş senatorun 1990-cı ildə çəkilmiş şəkli də var. Şəkildə o, karate ilə məşğul olur.
***
12:07
Çeçenistandan olan keçmiş senator və Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədr müavini, iş adamı Umar Cabrayılov Moskvada intihar edib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, yanında tapança olan kişi əvvəlcə ağır vəziyyətdə şəxsiyyəti naməlum şəxs kimi xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə gələn təhlükəsizlik işçiləri onun şəxsiyyətini müəyyən etməyə kömək ediblər.
Altı il əvvəl, 2020-ci ildə Cəbrayılov oteldə intihara cəhd etmişdi. O zaman xilas edilmişdi.
Umar Cəbrayılov biznesmen keçmiş senator intihar