IMG-LOGO

İrana qarşı əməliyyat səbəbindən Honkonq səhmləri ucuzlaşıb

02 Mar 2026 06:40 3 baxış
IMG

ABŞ və İsrailin İrana hücumlarından sonra Honkonqun maliyyə bazarları ilk ticarət sessiyasında geriləyib.

"Report" xəbər verir ki, əsas Hang Seng indeksi açılış zəngindən sonra 1,21% (322,46 bal) azalaraq 26,308,08-ə düşüb.

Digər fond indeksləri də azalıb.

Honkonqda siyahıya alınmış Çin qiymətli kağızlarının ümumi göstəricilərini ölçən Hang Seng China Enterprises indeksi 1,12% (99,26 bal) azalaraq 8,760,23-ə düşüb.

Eyni zamanda 30 böyük texnologiya şirkətinin səhm qiymətlərini ölçən Hang Seng Tech indeksi ən böyük faiz azalmasını müşahidə edib. O, 2,82% (93,45 bal) azalaraq 5,044,39-a enib.

Qeyd edək ki, İsrail və ABŞ 28 fevralda İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıblar.

Xəbər lenti