ABŞ və İsrailin hücumu nəticəsində öldürülən bir sıra yüksək rütbəli hərbçilərin adları açıqlanıb. Lent.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb. Öldürülənlərin siyahısı:
- general-mayor Məhəmməd Şirazi – Ali Baş Komandanın Ofisinin rəhbəri
- general-mayor Saleh Əsədi – Silahlı Qüvvələrin Baş Qərargahının kəşfiyyat üzrə müavini
- general-mayor, pilot Möhsün Dərəbaği – Silahlı Qüvvələrin təminat və logistika üzrə müavini
- general-mayor Əkbər İbrahimzadə – Ali Baş Komandanın Ofisinin rəhbərinin müavini
- general-mayor Qulamrza Rzaiyan – FARAJA (İranın hüquq-mühafizə orqanları) Kəşfiyyat Təşkilatının rəhbəri
- general-mayor Bəhram Hüseyni Motləq – Baş Qərargahın əməliyyat idarəsinin planlaşdırma və əməliyyat şöbəsinin rəisi
- general-mayor Həsənəli Tacik – Baş Qərargahın təminat idarəsinin rəhbəri
iran abş israil ölən generallar