Çilidə 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
“Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, yeraltı təkanların episentri 154 min insanın yaşadığı La Serena şəhərindən 123 km şimal-qərbdə, ocağı isə 30 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Bizim Telegram kanalımıza abunə olun