Bakının Nizami rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, avtomobil yolu keçən 1994-cü il təvəllüdlü Dəmirov Kamran Bayram oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona müştərək travma və açıq kəllə-beyin travması diaqnozları qoyulub. Hadisənin təfərrüatı araşdırılır.
Bizim WhatsApp kanalımıza abunə olun