IMG-LOGO

İranda qızlar məktəbinə hücum zamanı 85 şagird ölüb - VİDEO - YENİLƏNİB

28 Feb 2026 19:37 2 baxış
IMG
14 1

İranda qızlar məktəbinə hücum zamanı ölənlərin sayı artıb.

Lent.az xəbər verir ki, bu barədə Minab prokuroru bildirib.

Onun sözlərinə görə, hücum nəticəsində ölən şagirdlərin sayı 85-ə çatıb.

*** 18:11

İranda qızlar məktəbinə hücum zamanı ölənlərin sayı artıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, Minab şəhər prokurorunun sözlərinə görə, məktəbə hücum zamanı ölənlərin sayı 63-ə çatıb. Həmçinin 93-dən çox adam xəsarət alıb ki, bunlarında çoxu şagirdlərdir.

*** 16:15

İranda qızlar məktəbinə hücum nəticəsində ölənlərin sayı artıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, Minab şəhərindəki “Şəcrə Tayyibə” qızlar ibtidai məktəbinə hücum zamanı ölənlərin sayı 57-ə, yaralıların sayı isə 60-a çatıb.

*** 15:04

İranın Minab şəhərindəki qızlar məktəbinə hücum olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, İRNA agentliyinin məlumatına görə, “Şəcrə Tayyibə” qızlar ibtidai məktəbinə hücum zamanı 40 şagird həlak olub.

48 şagird isə yaralanıb.

Sizin brauzer video tagını dəstəkləmir. İsrail-İran müharibəsi

Xəbər lenti