IMG-LOGO

Azərbaycanda manatla geniş pul kütləsi 10 %-dən çox artıb

28 Feb 2026 17:28 2 baxış
IMG

Bu il fevralın 1-nə Azərbaycanda geniş mənada pul kütləsi (M3 aqreqatı) 48 milyard 186,1 milyon manat təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,4 % az, 2025-ci ilin eyni dövrünə nisbətən 5,8 % çoxdur.

O cümlədən, manatla pul kütləsi (M2 aqreqatı) 38 milyard 308,7 milyon manat olub ki, bu da aylıq müqayisədə 5,2 % az, ötən ilin eyni dövrünə nisbətən 10,2 % çoxdur.

Hesabat tarixinə tələbli depozitlər (M1 pul aqreqatı) 29 milyard 859,1 milyon manat təşkil edib ki, bu da, aylıq müqayisədə 7,2 % az, ötən ilin eyni dövrünə nisbətən 8,1 % çoxdur.

Fevralın 1-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) isə 17 milyard 543,5 milyon manat olub ki, bu da aylıq müqayisədə 2,3 % az, ötən ilin eyni dövrünə nisbətən 14,8 % çoxdur.

Xəbər lenti