IMG-LOGO

Azərbaycanda əmlak sığortası bazarı 2 %-ə yaxın böyüyüb

28 Feb 2026 16:20 2 baxış
IMG

Bu ilin yanvar ayında Azərbaycanda əmlak sığortası üzrə 25,995 milyon manat sığorta haqqı toplanılıb.

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,9 % çoxdur.

Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği isə 2,649 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 22,3 % azdır.

Yanvarda əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 10,2 manatı ödəniş edilib. Bu göstərici 1 il bundan əvvəl 13,4 manat olub.

Xatırladaq ki, yanvarda Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 156,604 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 % azdır.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 62,012 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 30,2 % çoxdur.

Yanvarda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 39,6 manatı ödəniş edilib. Əvvəlki il bu göstərici 29,1 manat olub.

Xəbər lenti