IMG-LOGO

Azərbaycan banklarının xalis xarici aktivləri yanvarda 3 % artıb

28 Feb 2026 15:49 2 baxış
IMG

Bu ilin fevralın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 26 milyard 647,6 milyon manat təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,1 % çox, 2025-ci ilin fevralın 1-nə nisbətən isə 5,9 % azdır.

Hesabat tarixinə bankların xalis daxili aktivləri 21 milyard 538,6 milyon manat təşkil edib ki, bu da aylıq müqayisədə 10,3 % az, ötən ilin fevralın 1-nə nisbətən 24,9 % çoxdur.

Azərbaycanda ümumi aktivləri 56 milyard 935,8 milyon manat olan 22 bank fəaliyyət göstərir.

Xəbər lenti