IMG-LOGO

Azərbaycanda könüllü sığorta bazarı 3 %-ə yaxın kiçilib

28 Feb 2026 13:30 3 baxış
IMG

Bu ilin yanvar ayında Azərbaycanda könüllü sığorta növləri hesabına 136,456 milyon manat sığorta haqqı toplanılıb.

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövr ilə müqayisədə 2,9 % azdır.

Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 50,262 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 34 % çoxdur.

Beləliklə, yanvarda könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 36,8 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 26,7 manat olub.

Xatırladaq ki, yanvarda Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 156,604 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 % azdır.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 62,012 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 30,2 % çoxdur.

Yanvarda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 39,6 manatı ödəniş edilib. Əvvəlki il bu göstərici 29,1 manat olub.

Xəbər lenti