IMG-LOGO

Tramp: İranın raket güclərini və donanmasını məhv etmək niyyətindəyik

28 Feb 2026 12:10 2 baxış
IMG

İranda nüvə silahı olmamalıdır, bu ölkənin raket sənayesi və donanması məhv ediləcək.

"Report"un məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyanat verib.

Onun sözlərinə görə, İran "dünyada bir nömrəli terror sponsoru olan dövlətdir və çox yaxınlarda etirazlar zamanı on minlərlə öz vətəndaşını öldürüb".

"Birləşmiş Ştatların, o cümlədən mənim administrasiyamın siyasəti həmişə ondan ibarət olub ki, bu rejim heç vaxt nüvə silahına sahib ola bilməyəcək. Təkrar edirəm: onların heç vaxt nüvə silahı olmayacaq. Məhz buna görə də keçən ilin iyununda həyata keçirilən əməliyyat zamanı biz Fordoda, Natanzda və İsfahanda rejimin nüvə proqramını məhv etdik", - o deyib.

Prezident Tramp həmçinin vurğulayıb ki, ABŞ onların raket güclərini və hərbi-dəniz donanmasını məhv edəcək: "Biz onların dəstəklədiyi terror qurumlarının artıq regionu sabitlikdən çıxara bilməməsinə, qüvvələrimizə hücum edə bilməməsinə və hərbi qulluqçulara və mülki vətəndaşlara qarşı əldəqayırma partlayıcı qurğulardan istifadə edə bilməməsinə nail olacağıq".

Amerikalı lider qeyd edib ki, 47 il ərzində İran rejimi "Amerikaya ölüm" şüarları səsləndirərək ABŞ-a, hərbçilərə və bir çox ölkədəki günahsız insanlara qarşı yönəlmiş sonsuz qan tökülməsi və kütləvi qətl kampaniyası aparıb.

Xəbər lenti