Goranboy rayonunda yanğın hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə rayonun Sarov kəndində qeydə alınıb. Kənd sakininə məxsus fərdi yaşayış evində qəfil yanğın başlayıb.
Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub.
Yanğın nəticəsində 1967-ci il təvəllüdlü Ş. Rəhimovaya məxsus, sahəsi 150 kvadratmetr olan ev və 200-ə yaxın ot bağlaması yanıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb, evin qalan hissəsi alovdan mühafizə edilib.
Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu
goranboy yanğın