IMG-LOGO

Xırdalanda 13-cü mərtəbədən yıxılıb sağ qalan gənc bu gün öldü-YENİLƏNİB

27 Feb 2026 21:58 4 baxış
IMG
19 3

Xəbər verdiyimiz kimi, fevralın 26-da gecə saat 02 radələrində Xırdalan şəhəri, "Kristal Abşeron" yaşayış kompleksində 2004-cü il təvəllüdlü Nihad Yunus oğlu Vəliyev yaşadığı binanın 13-cü mərtəbəsindən yıxılıb. Lent.az xəbər verir ki, 22 yaşlı gənc binadan yıxılandan sonra sağ qalsa da, bu gün vəfat edib. *** 10:30 26.02.2026 Abşeronda dəhşətli hadisə yaşanıb. 

Lent.az-ın əldə etdiyi xəbərə görə, hadisə gecə saat 02 radələrində Xırdalan şəhəri, "Kristal Abşeron" yaşayış kompleksində qeydə alınıb.

Orada yaşayan, 2004-cü il təvəllüdlü Nihad Yunus oğlu Vəliyev yaşadığı binanın 13-cü mərtəbəsindən yıxılıb. Xoşbəxtlikdən oğlan sağ qalıb.

Dərhal xəstəxanaya yerləşdirilən N.Vəliyevin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisələr

Xəbər lenti