IMG-LOGO

Güclü külək Biləsuvar və Cəlilabadda fəsadlar törətdi

27 Feb 2026 22:18 4 baxış
IMG
0 0

Biləsuvar və Cəlilabad rayonlarında güclü külək bir sıra fəsadlara səbəb olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, güclü külək hər iki rayonda elektrik təsərrüfatına ciddi ziyan vurub. Bəzi ərazilərdə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Biləsuvarda külək irigövdəli ağacları kökündən çıxarıb. Ağaclardan biri yaşayış evinin üzərinə düşərək dam örtüyünə ziyan vurub.

Hazırda bölgədə leysan xarakterli yağış müşahidə olunur.

cəlilabad biləsuvar güclü külək

Xəbər lenti