IMG-LOGO

Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq

27 Feb 2026 17:51 4 baxış
IMG

Azərbaycanda kredit reytinq agentliyi statusu əldə etmək üçün kapital tələbləri müəyyənləşdirilir.

Bunu "Report"a müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sektorunun inkişafı şöbəsinin rəisi Nərgiz Şirəliyeva bildirib.

Onun sözlərinə görə, "Kredit reytinq agentlikləri haqqında" qanun layihəsinə əsasən, kredit reytinq agentliyi statusunu minimum nizamnamə kapitalına və məcmu kapitala malik olmaqla reytinq fəaliyyətini həyata keçirən, AMB-nin apardığı Kredit reytinqi agentliklərinin reyestrinə daxil edilmiş kommersiya hüquqi şəxsi ala biləcək.

"Bazara daxil olacaq agentliklər üçün maliyyə dayanıqlılığı əsas şərtlərdən biri olacaq", - deyə şöbə rəisi qeyd edib.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Xəbər lenti