IMG-LOGO

Bakıda otel biznesi 333 minə "PARTLADI" - Bir ailənin başına nələr gəldi?

14.11.2023 14:08 89 baxış
IMG

Bakıda qadın külli miqdarda dələduzluqda ittiham olunur. 

Lent.az xəbər verir ki, D. Həsənəliyeva G.M, A.M bacıları və onların qardaşı M.M-dan otel və tikinti işlərinə sərmaye qoymalarını təklif edib.

Daha sonra, onlara qazancdan pay verəcəyini vəd verib. Əldə etdiyimiz məlumata görə, təqsirləndirilən şəxs bu təklif qarşılığında qardaş-bacılardan ümumilikdə 333 min 677 manat pul alıb.

Lakin sonradan vədinə əməl etməyib. Nəticədə zərərçəkənlər hüquq-mühafizə orqanlarına şikayət ediblər. Dələduzluqda şübhəli bilinən D. Həsənəliyeva məsuliyyətə cəlb edilib.

Onun barəsində ev dustaqlığı qərarı verilib.

Hazırda istintaq Bakı Ağır Cinayətlər məhkəməsində davam etdirilir.

Xəbər lenti