IMG-LOGO

Azərbaycan yaxın 5 ildə turizmin qeyri-neft-qaz ÜDM-də payını 10 %-ə yaxınlaşdırmağı hədəfləyir

27 Feb 2026 16:51 4 baxış
IMG

2030-cu ilə qədər Azərbaycanda turizm sektorunun qeyri-neft-qaz iqtisadiyyatında payının 9,2 %-ə çatdırılması hədəflənir.

"Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Günay Bayramova Milli Məclisdə keçirilən "Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai dinləmədə bildirib.

Onun sözlərinə görə, 2026-cı ildə sektorda 7,7 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunması planlaşdırılır ki, bu da qeyri-neft-qaz ÜDM-nin 8 %-ni təşkil edəcək: "Bu rəqəmin ​2027-ci ildə 8,5 milyard manat (8,2 %), ​2028-ci ildə 9,5 milyard manat (8,3 %), ​2029-cu ildə 10,6 milyard manat (8,7 %), ​2030-cu ildə isə 11,8 milyard manat (9,2 %) olması nəzərdə tutulur".

Xəbər lenti