Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, fevralın 27-də yerli vaxtla saat 15:52-də Şamaxı rayonunda 4.7 maqnituda zəlzələ qeydə alınıb.
Bu barədə Lent.az-a FHN-dən məlumat verilib.
Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.
Zəlzələ nəticəsində dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.
*** 16:15
Şamaxı rayonunda daha bir zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Lent.az-a bildirilib ki, 3.3 maqnitudalı zəlzələ yerli vaxtla 16:05-də baş verib.
Yeraltı təkanın dərinliyi 10 km-dir.
***
saat 16:00
Azərbaycanda zəlzələ olub.
Bu barədə Lent.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Zəlzələ Şamaxıda, 12 km dərinlikdə baş verib. Zəlzələnin gücü 4.7 bal olub.
Qeyd edək ki, zəlzələ episentrdə 5 bala, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.
Şamaxı Zəlzələ