Bakıda elektrovozla yük avtomobili toqquşub.
"Report" xəbər verir ki, Xəzər rayonu Qala qəsəbəsinin ərazisində qorunmayan keçiddə Biləcəri lokomotiv deposuna məxsus, tərkibində 38 ədəd boş qoşqulu çən olan elektrovozla Şərur rayon sakini 1981-ci il təvəllüdlü Rövşən Ədalət oğlu Sultanovun idarə etdiyi "KamAZ" markalı su çəni daşıyan yük avtomobili toqquşub.
Nəticədə R.Sultanov hadisə yerində ölüb, araşdırma aparılır.