IMG-LOGO

Ələt limanında FACİƏ: "Azərişıq" əməkdaşı ÖLDÜ - YENİLƏNİB

27 Feb 2026 14:13 2 baxış
IMG
8 0

Bakının Qaradağ rayonunda Valid Səfərovun ölməsi barədə təfərrüatlar məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Ələt qəsəbəsindəki dəniz limanında qeydə alınıb.

“Azərişıq” ASC-nin işçisi Biləsuvar rayon sakini 43 yaşlı Valid Şəmsəddin oğlu Səfərov quraşdırma işləri görərkən 15 metr hündürlükdən yıxılıb. Zərərçəkən aldığı xəsarətlərdən yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.

*** 09:44

Qaradağda kişi elektrik dirəyindən yıxılaraq ölüb.

Lent.az xəbər verir ki, hadisə rayonun Ələt qəsəbəsində baş verib.

Belə ki, Valid Səfərov elektrik dayağına elektrik naqili quraşdıran zaman 15 m hündürlükdən yıxılarq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hadisələr

Xəbər lenti