IMG-LOGO

Bakıda yük maşını qatarla toqquşdu, ölən var - VİDEO

27 Feb 2026 14:33 3 baxış
IMG
0 0

Bakıda qatar yük maşını ilə toqquşub.

Lent.az-ın məlumatına görə, hadisə gecə saatlarında Xəzər rayonu, Qala qəsəbəsində qorunmayan keçiddə qeydə alınıb.

Şərur rayon sakini 45 yaşlı Rövşən Ədalət oğlu Sultanovun idarə etdiyi “KamAZ” markalı avtomobil qatara çırpılıb. Nəticədə R. Sultanov hadisə yerində ölüb.

Məlumata görə, Biləcəri lokomotiv deposuna məxsus elektrovozun tərkibində 38 ədəd boş qoşqulu çən olub.

Faktla bağlı araşdırma aparılır.

Hadisələr qatar və yük maşını qəzası qatar qəzaları

Xəbər lenti