Azərbaycanda yaradılması planlaşdırılan Kredit Reytinqi Agentliyinin Mərkəzi Bankın (AMB) nəzarət subyekti olması nəzərdə tutulur.
Bunu "Report"a müsahibəsində AMB-nin Maliyyə sektorunun inkişafı şöbəsinin rəisi Nərgiz Şirəliyeva bildirib.
Onun sözlərinə görə, Azərbaycanda "Kredit reytinq agentlikləri haqqında" qanun layihəsinin bu il təqdim olunması nəzərdə tutulur: "Aidiyyəti qurumların rəyləri nəzərə alınmaqla layihənin yekun variantının 2026-cı ildə təqdim edilməsi planlaşdırılır".
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.