Türkiyədə azərbaycanlı sürücü qəzada ölüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Sivas-Toqat yolunda baş verib. 41 yaşlı azərbaycanlı Elməddin Qurbanovun idarə etdiyi TIR 23 yaşlı Davud Qayalının idarə etdiyi TIR-la toqquşub. Qəza nəticəsində Elməddin Qurbanov hadisə yerində keçinib. Digər sürücü və sərnişini Ömər Qayalı isə yaralanıblar.
Yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı cinayət işi başlanıb.
Hadisələr
