IMG-LOGO

Pakistan – Əfqanıstan SAVAŞI - Ən son xəbərlər

27 Feb 2026 10:39 4 baxış
IMG
1 0

Pakistan və Əfqanıstan arasında başlayan yeni gərginlik bütün dünya mediasının diqqətindədir.

Lent.az güvənilən media qurumlarına istinadən bu gərginliklə bağlı son xəbərləri diqqətinizə çatdırır.

Pakistan və Əfqanıstan arasında artıq illərdir davam edən sərhəd gərginliyi yeni eskalasiyaya çevrildi. Pakistan Hərbi Qüvvələri tərəfindən 22 və 26 fevral 2026-cı ildə Əfqanıstanın Nangarhar və Paktika əyalətlərində müxtəlif hədəflərə hava zərbələri endirilib. Rəsmi İslamabad bu əməliyyatları ölkə daxilində son dövrdə artan terror hücumlarına cavab olaraq izah edib. Pakistan tərəfi bu zərbələrdə ekstremist qrupların mövqelərinin məhv edildiyini iddia etsə də, Əfqanıstan rəsmiləri mülki zərər və həlak olanlar barədə xəbər verib.

Bu arada 2025-ci ilin oktyabrında tərəflər arasında bir çox ağır sərhəd döyüşlərindən sonra qısa müddətli atəşkəs də imzalanıb. “Reuters”in məlumatına görə, tərəflər 48 saatlıq atəşkəs razılığına gəlib və qarşılıqlı hücumları dayandırmağa çalışıblar.

Bununla belə, Beynəlxalq media hesab edir ki, bu münaqişə sadəcə iki qonşu ölkə arasında sərhəd qarşıdurmasından daha geniş geosiyasi böhranı əks etdirir. Diplomatik səylər davam etsə də, Pakistanın bəzi rəsmiləri daha geniş hərbi əməliyyatların da mümkün olduğunu bildirərək regiondakı gərginliyin hələ də yüksək səviyyədə olduğunu qeyd edirlər.

Analitiklər bildirirlər ki, bu qarşıdurma həm regional təhlükəsizlik, həm də mülki əhali üçün ciddi təhlükə yaradır və davam edən atəşkəs söhbətləri baş tutmasa, daha geniş miqyaslı münaqişəyə çevrilə bilər.

 

 

dünya Pakistan Əfqanıstan müharibə qarşıdurma hava zərbələri atəşkəs sərhəd Taliban TTP diplomatiya

Xəbər lenti