Kiçik addımlarla sürətli və davamlı inkişafa dorğu irəliləyən yol...
27 il əvvəl fəaliyyətə başlamış "FINCA Azerbaijan" Bank Olmayan Kredit Təşkilatı (BOKT) ölkə üzrə cəmi bir neçə filialla təmsil olunurdu. Fəaliyyətinin ilkin mərhələsində Bakı və ətraf bölgələrdə kiçik həcmli mikrokreditlər təqdim edərək əsas diqqəti mikromaliyyə sektorunun inkişafına, kiçik sahibkarların və fərdi təsərrüfatların maliyyə dəstəyinə yönəltmişdi.
Qısa müddət ərzində göstərilən xidmətlərin keyfiyyəti, məsuliyyətli və sosial yönümlü kredit siyasəti təşkilata güclü müştəri etimadı qazandırdı. 2000-ci illərin əvvəllərindən etibarən isə "FINCA Azerbaijan" dinamik inkişaf mərhələsinə qədəm qoydu. Bu inkişaf təşkilatın öz fəaliyyətini genişləndirməsi ilə bərabər, eyni zamanda Azərbaycanda maliyyə inklüzivliyinin güclənməsi və kiçik və orta sahibkarlığın inkişafı ilə müşaiyət olundu.
BOKT-un maliyyə bazarındakı mühüm mövqeyi
Bu gün ölkənin aparıcı qeyri-bank kredit təşkilatlarından biri kimi tanınan "FINCA Azerbaijan"ın bazardakı mövqeyini möhkəmləndirən əsas amillərdən biri də peşəkar kadr potensialı və korporativ idarəetmə prinsiplərinə sadiqliyidir. Şəffaf hesabatlılıq, məsuliyyətli idarəetmə və beynəlxalq təcrübəyə əsaslanan yanaşma onu maliyyə bazarında etibarlı tərəfdaş kimi mövqeləndirib.
Bütün bu faktorların vəhdəti "FINCA Azerbaijan"ı Azərbaycan mikromaliyyə sektorunun liderlərindən birinə çevirib və onu maliyyə bazarında sabit, güclü və sosial yönümlü qeyri-bank kredit təşkilatı kimi ön plana çıxarıb. Təşkilatın fəaliyyəti ölkə iqtisadiyyatına, xüsusilə regionlarda sahibkarlığın inkişafına əhəmiyyətli töhfə verməyə davam edir.
Xarici investorlarla əməkdaşlıq
İstənilən maliyyə təşkilatının bazardakı nüfuzu, imici və maliyyə dayanıqlılığı yüksək müştəri xidmətləri ilə yanaşı, onun xarici investorlarla qurduğu davamlı əməkdaşlıqdan, maliyyə hesabatlarının şəffaflığından və uzunmüddətli təcrübəsindən də formalaşır. "FINCA Azerbaijan" da bu prinsiplər əsasında fəaliyyət göstərən maliyyə qurumlarındandır. Hazırda FINCA Azerbaijan beynəlxalq mikromaliyyə qrupu olan FINCA Impact Finance (FIF)-in tərkib hissəsidir. Bu üzvlük təşkilata beynəlxalq kapitala çıxış, xarici investorlarla davamlı əməkdaşlıq və qlobal maliyyə təcrübəsindən faydalanmaq imkanı yaradır.
Azərbaycanın kapital bazarındakı aktivliyi
Azərbaycan maliyyə bazarında etibarlılığı və güclü maliyyə dayanıqlığı ilə seçilən "FINCA Azerbaijan" ölkənin maliyyə sistemində yalnız mikromaliyyə sahəsində deyil, eyni zamanda kapital bazarının inkişafında da mühüm rol oynayan aparıcı qeyri-bank kredit təşkilatlarından biridir.
"FINCA Azerbaijan" ölkənin qiymətli kağızlar bazarının aktiv iştirakçısı kimi çıxış edir. Təşkilat investorlar üçün cəlbedici gəlirlilik səviyyəsi təqdim edən – illik 15% gəlirliliklə istiqraz emissiyaları həyata keçirib.
Ümumilikdə, "FINCA Azerbaijan" həm mikromaliyyə sektorunda, həm də ölkənin maliyyə və kapital bazarında etibarlı emitent və etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirmiş aparıcı maliyyə institutlarından biri kimi tanınır.