Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadən məlumat verir ki, hadisə Bakı şəhərində qeydə alınıb.
Belə ki, Cəlilabad rayon sakini olan Cavid Qəniyev yolu qarşı tərəfə keçmək istəyərkən onu avtomobil vurub.
Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
qəza Cəlilabad