"Kristal Bakı" ASC 2024-cü ili 3,278 milyon manat xalis zərərlə başa vurub.
"Report" xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 4,7 dəfə azdır.
2024-cü ildə "Kristal Bakı"nın vergiyəqədərki zərəri 4,095 milyon manat (2023-cü illə müqayisədə 4,8 dəfə çox), mənfəət vergisi ödəmələri isə 817 min manat (5,2 dəfə az) təşkil edib.
2025-ci il yanvarın 1-nə "Kristal Bakı"nın aktivləri 668,722 milyon manat olub ki, bu da, illik müqayisədə 50,2 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 47,5 % artaraq 701,131 milyon manata, balans kapitalı 7,6 % artaraq 32,409 milyon manata, nizamnamə kapitalı isə 100 dəfə artaraq 1 milyon manata çatıb.
Xatırladaq ki, "Kristal Bakı" 2020-ci ildə dövlət qeydiyyatına alınıb, fəaliyyəti yaşayış binalarının inşası və satışı ilə bağlıdır. Onun səhmlərinin 50 %-i Pərviz Vəliyevə, qalan hissəsi isə - hər biri 25 % olmaqla Fərid və Araz Nəbiyevlərə məxsusdur.