IMG-LOGO

Azərbaycanda problemli kreditlərin məbləği 17 %-dən çox artıb

26 Feb 2026 10:25 4 baxış
IMG

Bu il fevralın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 557,5 milyon manat təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, yanvarın 1-i ilə müqayisədə 6,3 % çoxdur.

Ölkədə problemli kreditlərin məbləği son 1 ildə isə 17,35 % artıb.

Yanvarın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 % təşkil edib. Bu nisbət ötən ilin sonuna 1,6 %, ötən il yanvarın sonuna isə 1,6 % olub.

Xəbər lenti