IMG-LOGO

Mourinyo "Real"a qarşı cavab oyununu avtobusdan izləyib

26 Feb 2026 09:55 3 baxış
IMG

Portuqaliyanın "Benfika" komandasının baş məşqçisi Joze Mourinyo İspaniyada "Real"a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununu avtobusdan izləyib.

"Report" yerli "Record" nəşrinə istinadən xəbər verir ki, təcrübəli mütəxəssis "Santyaqo Bernabeu"dakı mətbuat otağına getməkdən imtina edib.

O, tərəflər arasındakı ilk matçda (0:1) qırmızı vərəqə aldğı üçün texniki zonada əyləşməyib.

Qeyd edək ki, "Real" cavab qarşılaşmasında rəqibini 2:1 hesabı ilə üstələyib.

Xəbər lenti