IMG-LOGO

Hələbin şərq rayonlarından humanitar dəhliz yanvarın 15-də açılacaq

14 Jan 2026 23:02 3 baxış
IMG

Suriyanın şimalında Hələb vilayətinin şərq rayonlarından humanitar dəhliz yanvarın 15-də açılacaq.

"Report" xəbər verir ki, bu barədə Suriyanın keçid hökumətinin silahlı qüvvələrinin əməliyyat komandanlığı SANA-ya bildirib.

Məlumata görə, Hələb şəhərinə təhlükəsiz marşrut kürd birləşmələrinin irəliləyiş məntəqəsi olan Fərat çayındakı Deyr-Xafer yaşayış məntəqəsini və Suriyanın şimal paytaxtını birləşdirən əsas yol boyunca Həmimə məntəqəsindən keçəcək. Suriya ordusu mülki əhalini Hələbin şərqində "Suriya Demokratik Qüvvələri" (SDQ) koalisiyasının mövqelərinə yaxınlaşmamağa çağırıb.

Çərşənbə axşamı əməliyyat komandanlığı şəhərin şərqində yerləşən rayonları qapalı hərbi zona elan edib. Döyüşçülərlə təmas xəttinə hərbi yardım və zirehli texnikalar göndərilib.

Dəməşqdəki hakimiyyət orqanları SDQ-ni yanvar ayının əvvəlində şəhər məhəllələrinə, Suriya hərbçilərinin postlarına və daxili təhlükəsizlik qüvvələrinə zərbələr endirən pilotsuz uçuş aparatlarının buraxılması üçün Hələbin şərq ətraflarından istifadədə ittiham edib.

Hərəkat hakimiyyət tərəfindən irəli sürülən ittihamları rədd edərək Fərat çayındakı dayaq məntəqəsinin ölkənin şimal-şərqində nəzarəti altında olan bölgələrin müdafiəsi üçün yaradıldığını vurğulayıb.

Xəbər lenti