IMG-LOGO

Slovakiyada qar uçqunu: xizəkçilər öldü

26 Feb 2026 06:49 3 baxış
IMG
2 0

Slovakiyanın şimal-şərqində yerləşən Yüksək Tatra dağlarında qar uçqunu nəticəsində iki xizəkçi həlak olub. Lent.az xəbər verir ki, bu barədə "Markiza" telekanalı məlumat yayıb.

 Şahidlərin çağırışı əsasında hadisə yerinə helikopterlə çatdırılan xilasedicilər bir neçə metr qalınlığında qar qatının altından çıxarılan xizəkçilərə tibbi yardım göstərməyə çalışsalar da, onların həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

slovakiya qar uçqunu

Xəbər lenti