Raşida Dati Fransanın mədəniyyət naziri vəzifəsini tərk edib.
Lent.az bu barədə BFMTV-yə istinadən xəbər verir.
Sabiq nazir Paris şəhərinin meri postuna namizədliyini irəli sürdüyünü bəyan edib. Fransanın paytaxtında mer vəzifəsinə seçki martın 16-na təyin edilib.
Raşida Datinin sözlərinə görə, o, hökuməti tərk etmək qərarını dekabrın sonunda qəbul edib. O, bu vəzifəni 2024-cü ilin yanvarından icra edirdi.
Fransanın mədəniyyət naziri