IMG-LOGO

Şəkidə "Jiquli" qəzadan sonra ağaca çırpıldı, sürücü yaralandı

25 Feb 2026 17:27 3 baxış
IMG
0 0

Şəkidə yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə günorta saatlarında Çeşməli kəndində qeydə alınıb.

“VAZ 2106” markalı avtomobil "Kia" markalı avtomobillə toqquşandan sonra yol kənarındakı ağaca çırpılıb. Nəticədə "Jiquli"nin sürücüsü rayonun İbrahimkənd kənd sakini İbrahim Mustafayev müxtəlif dərəcəli bədən xəsarəti alıb. O, Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım Şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.  

Faktla bağlı araşdırma aparılır.

Hadisələr

Xəbər lenti