IMG-LOGO

Ermənistanın ABŞ-dəki səfirinin qardaşına şərti cəza verilib

25 Feb 2026 16:39 2 baxış
IMG

Ermənistan məhkəməsi Mkrtiç Mkrtçyanı (Ermənistanın ABŞ-dəki səfiri Narek Mkrtçyanın qardaşı - red.) qanunsuz silah saxlamaqda təqsirli bilib və ona bir il müddətinə şərti azadlıqdan məhrumetmə cəzası təyin edib.

"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Məhkəmənin qərarına əsasən, 2025-ci il sentyabrın 3-dən 2026-cı il yanvarın 3-dək olan dörd aylıq faktiki həbs müddəti cəza müddətinə daxil edilib. Yekun azadlıqdan məhrumetmə müddəti səkkiz ay təşkil edib.

Mkrtçyana probasiya xidmətinin razılığı olmadan ölkə ərazisini tərk etmək qadağan edilib, yaşayış yerini dəyişdiyi təqdirdə isə o, bu barədə müvafiq orqanı məlumatlandırmağa borcludur.

Xatırladaq ki, Mkrtiç Mkrtçyan avqustun 4-də həbs edilmişdi.

Xəbər lenti