IMG-LOGO

"Forfinance" BOKT fəaliyyətinin ilk ilini zərərlə başa vurub

25 Feb 2026 14:39 3 baxış
IMG

"Forfinance" MMC bank olmayan kredit təşkilatı (BOKT) fəaliyyətinin ilk ili olan 2025-ci ili 36 min manat xalis zərərlə başa vurub.

"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il "Forfinance"ın vergiyəqədərki zərəri 44 min manat, mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 9 min manat təşkil edib.

Bu il yanvarın 1-nə "Forfinance"ın aktivləri 8,487 milyon manat olub. Bunun 7,852 milyon manatı müştərilərə verilmiş kreditlərdir.

Hesabat tarixinə BOKT-un öhdəlikləri 7,123 milyon manat, balans kapitalı isə 1,364 milyon manat təşkil edib.

Xatırladaq ki, "Forfinance" 2024-cü il dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 1,4 milyon manatdır. BOKT-un təsisçiləri 86 % payla Sirac Əliyev və 14 % payla Emil Xəlilovdur.

Xəbər lenti