IMG-LOGO

Fuad Oktay Azərbaycan-Ermənistan ticarət əlaqələrinin əhəmiyyətindən danışıb

25 Feb 2026 14:53 3 baxış
IMG

Azərbaycan üzərindən istər Qazaxıstan və Rusiyadan gətirilən buğdanın daşınması, istərsə də ticarət əlaqələrinin başlaması qardaş ölkənin özünə inamını ifadə edir.

"Report" xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuad Oktay jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan Ermənstanla nəzərdə tutulan sülh sazişi rəsmi şəkildə imzalanmadan və üzərinə hüquqi öhdəlik düşmədən belə razılaşmanı faktiki olaraq mərhələli şəkildə həyata keçirməyə başlayıb:

"Bu da çox mühüm göstəricidir və Azərbaycanın özünə olan inamını nümayiş etdirir".

Xəbər lenti