İran İnqilab Keşikçiləri Qvardiyası (Sepah) ABŞ-nin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Əl-Dəfra hərbi bazasının maketi üzərində raket zərbələrinin təlimini keçirib.
"Report" xəbər verir ki, bu barədə məlumatı Sepaha məxsus informasiya mənbəyi yayıb.
Bildirilib ki, həmin hərbi bazada ABŞ-nin təxminən beş min hərbçisi xidmət edir.
Məlumata görə, təlimdə istifadə edilən raketlər bunkerləri dələ bilən yeni döyüş başlıqları ilə təchiz olunub.