IMG-LOGO

Lotereyada 1 milyon qazanıldı, pulu götürən yoxdur

25 Feb 2026 13:33 2 baxış
IMG
3 0

Rusiyanın Perm diyarında bir milyon rubl məbləğində uduş qazanan lotereya iştirakçısının axtarışına başlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, söhbət Vətən Müdafiəçiləri Gününə həsr olunmuş tirajın qalibindən gedir. O, hələ də mükafatı rəsmiləşdirmək üçün “Milli Lotereya” şirkətinə müraciət etməyib.

Şirkət açıqlayıb ki, “Meçtallion” lotereyasının 179 saylı tirajında bir milyon rubl qazanan iştirakçı elan olunub. Bilet Krasnovişersk şəhərində “Rusiya Poçtu”nun şöbəsindən alınıb. Tiraj fevralın 22-də, bazar günü Birinci kanalda canlı yayımlanıb.

15 min rubldan yuxarı uduş əldə edən şəxslər nəticələrin dərc olunduğu gündən etibarən yeddi ay ərzində “Milli Lotereya”nın müştəri ofisinə müraciət etməli, şəxsiyyətlərini təsdiqləyərək sənədləşmə prosesini tamamlamalıdırlar.

Lotereya

Xəbər lenti