Milyarder, “Microsoft” korporasiyasının qurucusu Bill Qeyts evli olduğu dövrdə münasibətlər yaşadığını, o cümlədən rus qadınlarla əlaqələrinin olduğunu etiraf edib. O, həmçinin maliyyəçi Ceffri Epşteynlə əlaqələrinə görə öz fondunun əməkdaşlarından üzr istəyib.
Lent.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
Milyarder bildirib ki, iki rus qadınla münasibəti olub. “Mən kənarda münasibətlər yaşayırdım — rus briç oyunçusu və rus nüvə fizikası üzrə mütəxəssislə”, — deyə o qeyd edib.
Qeyts həmçinin Ceffri Epşteynlə vaxt keçirməsini “böyük səhv” adlandırıb. Nəşrin məlumatına görə, milyarder “xeyriyyə təşkilatına kölgə salan səhvlərə yol verdiyini” etiraf edib, lakin cinayətlərdə iştirak etmədiyini israrla vurğulayıb.
Bill Qeyts Microsoft Ceffri Epşteyn