IMG-LOGO

Nikol Paşinyan Polşaya səfərə yola düşüb

25 Feb 2026 11:55 3 baxış
IMG

Ermənistanın Baş naziri Nikol Paşinyan Polşaya iki günlük rəsmi səfərə yola düşüb.

Bu barədə "Report" Ermənistan KİV-ə istinadən xəbər verir.

Məlumata görə, səfər çərçivəsində Paşinyan Polşanın Baş naziri Donald Tuskla görüşəcək, bundan sonra Ermənistan və Polşa baş nazirləri KİV nümayəndələri qarşısında bəyanatlarla çıxış edəcəklər.

Rəsmi səfər çərçivəsində Paşinyan həmçinin Polşa Prezidenti Karol Navrotski və Senatın sədri Malqojata Kidava-Blonska ilə görüşəcək.

Nikol Paşinyan, həmçinin Polşa Beynəlxalq Münasibətlər İnstitutunu ziyarət edəcək və burada Polşanın analitik mərkəzlərinin nümayəndələri ilə görüşəcək.

Xəbər lenti