IMG-LOGO

Yevlaxda kafedə PARTLAYIŞ: sahibi öldü - YENİLƏNİB

25 Feb 2026 11:07 3 baxış
IMG
5 0

Yevlaxda partlayışda yaralanan kafenin sahibi ölüb.

Lent.az "qafqazinfo"ya istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü Ruslan Şirin oğlu Sadıqov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

***

saat 09:00

Yevlaxda kafedə partlayış olub.

Lent.az-ın məlumatına görə, hadisə Aran qəsəbəsində qeydə alınıb.

Kafenin içərisində olan maye-qaz balon partlayıb.

Nəticədə obyektin sahibi 57 yaşlı Yevlax rayon sakini Sadıqov Ruslan Şirin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır.

Hadisələr partlayış

Xəbər lenti