IMG-LOGO

"Atletiko"nun hücumçusu klubun tarixinə düşüb

25 Feb 2026 09:41 3 baxış
IMG

Norveç millisinin futbolçusu Aleksandr Sörlot İspaniyanın "Atletiko" klubunun tarixinə düşüb.

"Report" "Opta Sport" statistika portalına istinadən xəbər verir ki, 30 yaşlı hücumçu buna Belçika təmsilçisi "Brügge"yə qalib gəldikləri (4:1) UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsinin cavab oyununda üç qol vurmaqla nail olub.

Forvard Madrid təmsilçisinin tarixində bu turnirin pley-offunda het-trik edən ilk oyunçudur.

Sörlot həmçinin klub tarixində qrup mərhələsi də daxil olmaqla, ÇL-dəki bir matçda üç dəfə fərqlənən ikinci oyunçudur. Daha əvvəl xorvatiyalı Mario Mancukiç 2014-cü ildə bunu bacarıb.

Qeyd edək ki, Aleksandr Sörlot cari mövsüm "Atletiko" forması ilə 36 oyunda 15 qola imza atıb.

Xəbər lenti