IMG-LOGO

ABŞ yığmasının və PSJ-nin məşhur futbolçusu karyerasını bitirib

30 Jan 2026 10:50 4 baxış
IMG

ABŞ-nin qadınlardan ibarət yığmasının və PSJ-nin məşhur futbolçusu Kristal Dann 33 yaşında peşəkar karyerasını başa vurduğunu elan edib.

"Report" xəbər verir ki, dünya və olimpiya çempionu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Təcrübəli oyunçu qərarını ailəsinə, xüsusən də həyat yoldaşı Pyer Subrye və üç yaşlı oğlu Marselə daha çox vaxt ayırmaq istəyi ilə əsaslandırıb.

Qeyd edək ki, karyerası ərzində ABŞ yığmasında 160 oyuna çıxan Kristal Dann 2012-ci ildə 20 yaşadək futbolçular arasında dünya çempionatının, 2019-cu ildə böyüklər arasında mundialın və 2024-cü ildə Paris Yay Olimpiya Oyunlarının qalibi olub.

Klub səviyyəsində isə o, ABŞ-də (NWSL) üç dəfə çempionluq sevinci yaşayıb. Futbolçunun son klubu 2025-ci ilin əvvəlində qoşulduğu Fransanın PSJ kollektivi olub.

Xəbər lenti