Qırğızıstanın baş prokurorunun sabiq müavini Kuban Adıl uulu hakimiyyətin devrilməsi məqsədilə kütləvi iğtişaşlara hazırlıq işi üzrə əmlakı müsadirə olunmaqla 12 il həbs cəzasına məhkum edilib.
"Report" yerli KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Çuy vilayət məhkəməsindən bildirilib.
Səkkiz təqsirləndirilən şəxs 8 ildən 13 ilədək həbs cəzasına məhkum edilib. Hökmü Alamudun rayon məhkəməsi çıxarıb.
Adıl uulu və daha altı nəfər 2024-cü ilin noyabrında saxlanılıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, onlar yerli keneşlərə seçkilər günü iğtişaşlar törətməyi planlaşdırırdılar.