IMG-LOGO

Ağalı kəndi BMT-nin "Model Kəndlər Şəbəkəsi"nə daxil edilib

25 Feb 2026 09:50 4 baxış
IMG

Zəngilan rayonunun Ağalı kənd icması BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) "Model Kəndlər Şəbəkəsi"nə daxil edilib.

Bu barədə "Report"a Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyindən məlumat verilib.

Bildirilib ki, Ağalı təbii irsin qorunması, biomüxtəlifliyin dəstəklənməsi və dayanıqlı kənd inkişafına verdiyi töhfəyə görə nümunəvi kənd icması kimi tanınıb.

Xəbər lenti