IMG-LOGO

Türkiyədə "F-16" qəzaya uğrayıb, pilot şəhid olub

25 Feb 2026 04:26 5 baxış
IMG

Türkiyədə "F-16" qırıcı təyyarəsi qəzaya uğrayıb, pilot şəhid olub.

"Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Türkiyənin Balıkesir əyalətinin qubernatoru İsmayıl Ustaoğlu faktı təsdiq edib və bildirib ki, qəzaya uğrayan təyyarə XIX Baş Reaktiv Hava Bazası Komandanlığına məxsus olub.

Onun sözlərinə görə, qəza Bakı vaxtı ilə saat 01:50 radələrində təyyarə planlaşdırılmış missiyanı yerinə yetirərkən baş verib. O, şəhid pilotun ailəsinə başsağlığı verib.

Türkiyə Müdafiə Nazirliyi qırıcı təyyarənin qəzaya uğradığını təsdiqləyib. Hərbçilər axtarış-xilasetmə əməliyyatına başlayıb və təyyarənin qalıqlarını tapıblar. Nazirlik bildirib ki, qəzanın səbəbini araşdırma komissiyası müəyyən edəcək.

Xəbər lenti